`ABŞ həmişə YPG-yə silah dəstəyi verib` - Çavuşoğlu


22:59     29 Dekabr 2016 2016-01-21-cavusoglu-suudi-koalisyonunda-muharip-guc-olusmayacak.jpg

Türkiyə xarici işlər Naziri Mövlud Çavuşoğlu Suriyada atəşkəsin hər an ola biləcəyini açıqlayıb. Atəşkəs üçün işlərin davam etdiyini qeyd edən Çavuşoğlu Suriya Prezidenti Əsədlə bağlı isə "Əsəd ilə görüşmək müzakirə mövzusu deyil", - deyib.


"YPG müzakirələrdə ola bilməz", - deyən Çavuşoğlu ABŞ-ın YPG-yə silah verilmədiyi açıqlamasına "ABŞ hər zaman YPG-yə silah dəstəyi verib. vəssalam", - deyə münasibət bildirib.

"Astanadakı sammit bizim nəzarətimizdə olacaq. YPG kanton bölgə yaratmaq üçün ABŞ-a təzyiq edir. Koalisiyanın "Fərat Qalxanı"na dəstək verməmə səbəbi də budur", - deyə bildirən Çavuşoğlu "İŞİD ilə mübarizədə yerli və qanuni qüvvələr dəstəklənməlidir. Türk əsgərinin Mosul əməliyyatına girməsi məsələsi yoxdur. Hazırda enerjimizi tamamilə Hələbdəki atəşkəsi bütün Suriyaya yaymaq, bunun nəzarətini çox yaxşı aparmaq və Suriyada siyasi həlli başlamağa sərf edirik", - sözlərini diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 839